Xəzərdə gəmidə baş vermiş yanğının səbəbi məlum olub - Yenilənib

Xəzərdə gəmidə baş vermiş yanğının səbəbi məlum olub - Yenilənib

İlk xəbər 16:01-də yayımlanıb

Hadisəyə elektrik naqillərinin qızması səbəb olub

Bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-yə məxsus "Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstülənmə müşahidə edilib. 
 
Bu barədə "Report"a "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
 
"Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək", - deyə gəmiçiliyin məlumatında əlavə edilib.
 
Qeyd edək ki,  Fövqəladə Hallar Nazirliyi bir qədər əvvəl  “Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində yanğın olması barədə məlumat yayıb. 
 
“Report”un xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” və Aviasiya dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb olunub. /

Google+ WhatsApp ok.ru