Xəzərin hüquqi statusu ilə bağlı nazirlər səviyyəsində növbəti görüş dekabrın 4-5-də keçiriləcək

Xəzərin hüquqi statusu ilə bağlı nazirlər səviyyəsində növbəti görüş dekabrın 4-5-də keçiriləcək

-- xüsusi işçi qrupun növbədənkənar yığıncağı keçirilir

 
Xəzər dənizinin hüquqi statusu ilə bağlı xarici işlər nazirləri səviyyəsində növbəti görüş dekabrın 4-5-də olacaq. 
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib.
 
Qeyd edək ki, Rusiya paytaxtında Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsinin hazırlanması üzrə xüsusi işçi qrupun xarici işləır nazirlərinin müavinləri səviyyəsində növbədənkənar yığıncağı keçirilir.
 
Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Azərbaycanı nazir müavini Xələf Xələfov təmsil edir.
 
İclas dekabrın 1-də yekunlaşacaq.
 
Xəzərin hüquqi statusuna dair Konvensiyanın gələn il imzalanması gözlənilir.  
 

 

Google+ WhatsApp ok.ru