Bəqərə, 49. Və (yadınıza salın) o zaman(ı) ki, sizə ən ağır işgəncələr verən – oğlanlarınızın başlarını bir yerdə kəsən, qadınlarınızı isə diri saxlayan fironçulardan (onların caynağından) nicat verdik. Bu işdə (sizin üçün) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.

Peyğəmbər (s) buyurub : «Qоnаq kаfir оlsа dа, оnа hörmәt еt.»




Yəməndə məktəblilərin avtobusunun bombalanması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb

-- Yəmənli uşaqlara qarşı törədilən bu cinayətinin qarşısında beynəlxalq ictimaiyyət susur

Tarix : 10-08-2018 09:17

 Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin Yəmənin Saada əyalətinin Dahyan rayonunda şagirdləri daşıyan avtobusu havadan bombalaması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki,  bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatında bildirilir.
 
Bombalanan avtobusdakı şagirdlərin çoxunun 10 yaşdan kiçik olduğunu bildirən  Qırmızı Xaç Komitəsinin nümayəndəsi, hadisə nəticəsində daha 77 nəfərin yaralandığını qeyd edib. 
 
Qeyd edək ki, bundan öncə hücum nəticəsində 43 şagirdin öldüyü,  61 nəfərin isə yarandığı bildirilmişdi. 
 
Xatırladaq ki,  Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə 10 mindən çox uşaq və qadın həyatını itirib.
 
Qeyri rəsmi məlumatlara görə, ölənlərin sayı 50 min nəfərdən çoxdur. Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür.
 
3 milyon 400 min nəfərdən çox Yəmənli  evlərindən didərgin düşüb. 
 
Səudiyyə Ərəbistanın  ötən gün azyaşlı uşaqlara qarşı  bu cinayətinin qarşısında beynəlxalq ictimaiyyət susur, BMT-nin baş katibi Antonio Quterreş isə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən Yəmənin Saada şəhərinə aviazərbə vurulmasını pisləməklə kifayətlənib. 
 
Baş katibin mətbuat ofisinin məlumatında Antonio Quterreşin həyatını itirən uşaqların ailəsinə başsağlığı verdiyi bildirilir. Vurğulanır ki, BMT-nin baş katibi bir daha problemi siyasi yolla həll etməyə, Yəmən dialoqu daxilində danışıqlara çağırıb.
 
 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:23
05:53
12:45
19:51
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

17-08-2018 18:36