O kəslər ki, (nəhayət) öz Rəbblərinə qovuşacaqlarını və mütləq Ona tərəf qayıdacaqlarını bilirlər.
Ey İsrail övladları, sizə bəxş etdiyim nemətlərimi və sizi (öz zamanınızda) aləmdəkilərdən üstün etməyimi yadınıza salın. ("Bəqərə" surəsi 46-47)

İmam Sadiq (ə) buyurur:
“Qardaşına quyu qazan özü düşər.”



Yəməndə 18 milyon insan qida və su əldə edə bilmir

-- son 6 ayda çirkli su və yoluxucu xəstəliklər səbəbindən ən az 2 min nəfər həyatını itirib

Tarix : 23-04-2018 11:20

Yəməndə 18 milyon insan qida və su əldə edə bilmirlər, 7 milyon yəmənli isə həddindən artıq acdır. Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Yəmən ofisinin sabiq rəhbəri Alexander Fit ötən gün yayımladığı açıqlamada bildirib.
 
Maide.Az xarici KİV-lərə istiandən xəbər verir ki, A.Fit qeyd edib ki, son 6 ayda çirkli su və yoluxucu xəstəliklər səbəbindən ən az 2 min nəfər həyatını itirib. 
 
2017-ci ildə Yəmən xalqından ən az bir milyon insan yoluxucu kolera xəstəliyinə tutulmuşdur. A.Fit deyib ki, indiyədək Yəmən xalqından 2300 nəfər yoluxduğu  xəstəliklər nəticəsində həyatını itirib. 
 
Xatırladaq ki, Səudiyyə rejiminin başçılığı altında körfəz ölkələrinin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemlər yaradıb. 
 
Təcavüzkar Səudiyyə Ərəbistanı rejimi Yəməndə anbarları, xəstəxana və digər infrastrukturu bombalayaraq dağıtması bu ölkədə minlərlə insanın ölümünə səbəb olub. Bundan başqa, Səudiyyə rejiminin Yəmənə tətbiq etdiyi sanksiyalar nəticəsində dərman və qida kimi zəruri məhsulların girişi də əngəllənib.
 
Dünyanın ən böyük böhranını yaşayan ölkədə 22 milyondan artıq dinc sakinin yardıma ehtiyacı var. Xeyriyyəçi təşkilatların fəaliyyətinin əngəlləri, davam edən münaqişə, iqtisadiyyatın çökməsi və sosial xidmətlərin olmaması səbəbindən Yəməndə ehtiyaclar hər gün artmaqdadır. 
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:11
06:31
12:32
18:46
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

26-09-2018 20:16