Yəhudi gəncləri öldürən İŞİD imiş

İŞİD terror qruplaşmalarına yaxın media orqanları yazır ki, 12 iyunda oğurlanan və Əl-Xəlil şəhərində cəsədləri tapılan 3 yəhudinin qətlini İŞİD həyata keçirib. Bu əməli İŞİD-in Fələstin qolu öz boynuna götürüb.
 
Xatırladaq ki, gənclərin qətli insanlıqdankənar şəkildə həyata keçirilmiş və İsrail bu işdə Həması ittiham etmişdi. Həmas isə öz nöbvəsində sözügedən cinayətlə heç bir əlaqəsinin olmadığını açıqlamışdı. Ama buna baxmayaraq İsrailin baş naziri Benyamin Netanyahu öldürülən gənclərə görə qisas alacaqlarını bəyanlamışdı. 

Google+ WhatsApp ok.ru