Yəhudilərin 16%-i Benyamin Netanyahunun əməlindən narazıdır

İsraillilərin 73%-i baş nazir Benyamin Netanyahunun son hərəkətlərindən və İsrail-Qəzza qarşıdurmasında “Sarsılmaz qaya” əməliyyatndan razıdırlar. Yalnız 16% İsrail vətəndaşı baş nazirin qərarlarından narazıçılıq ifadə edirlər. 11% sorğu iştrakçısı isə hələ də bu məsələdə bir mövqeyə gəlib çıxa bilməyiblər.
 
Sorğuya əsaən 94% israilli ordunun da vuruşmasından razıdırlar. Bundan əlavə 77% israilli hazırki şəraitdə əməliyyatın dayandırılmasını istəmədikləri halda 16% atəşin təcili şəkildə saxlanılmasını istəyirlər. Bundan 7% isə yenə də fikirlərində yekun bir qərara gəlməyiblər.
 
“Hazırda qarşıdurmada hansı tərəf daha böyük nailiyyətlər əldə edib?”-sualına respondentlərin 73% İsrailin, 4% “Həmas”ın daha uğurlu olduğunu bildiriblər. 19% müsahib bu məsələdə heç bir tərəfin uğur qazandığını saymadığı təqdirdə, 4% yenədə bilmədiklərini bildirib. 

Google+ WhatsApp ok.ru