Yəməndə Qəzza xalqına dəstək mitinqi keçirilib - FOTO

Yəmənin paytaxtı Səna şəhərində minlərlə şiə sionist rejiminin Qəzzaya hücumlarına qarşı etiraz aksiyası keçiriblər. 
Maide.az-ın Abna xəbər saytına istinadən məlumatına görə,  etiraz aksiyasında 100 mindən çox insan iştirak edib. 
Yəmən şiələri sionist rejimin Qəzzada törətdiyi cinayətləri pisləyiblər. Onlar həmçinin Fələstinin Həmas müqavimət hərakatının işğalçı israil ordusu qarşısında dözümlülüyünü alqışlayıblar. Etirazçıların əllərində üzərində “Qəzzaya azadlıq” şüarı yazılmış plakartlar daşıyıblar. Etirazçılar dünya ictimaiyyyətinin və BMT-nin  Qəzzadakı cinayətlərinə sükutunu tənqid ediblər. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru