Yəməndə mobil telefon və internet bağlandı

Yəməndə internetin tamamilə kəsildi və mobil telefonlar işləmir.
 
Maide.az-ın "Sky News"a istinadən bildirdiyinə görə, dünən paytaxt Sənada təhlükəsizlik qüvvələri və hökumət əleyhdarları arasında sıx qarşıdurmaların baş verməsi ilə internet və mpbil telefon şəbəkələrinin tamamilə kəsilib.
 
Xəbərə görə, dövlət TV binasına yaxın bölgədə sıx qarşıdurmalar olub, itkilər barədə məlumat verilmir.
 
Müxtəlif hava yolları şirkətləri də Yəmən xalqı və ordu qüvvələri arasında Sənada baş verən qarşıdurmalara görə paytaxta uçuşlarını təxirə salıblar.
 
Yəmənli nümayişçilər son həftələrdə Səna beynəlxalq hava limanı yollarını bağlayıblar. Müxtəlif nazirlik binaları qarşısında oturaq aksiya keçirilir. Onlar dövlət idarələrində maliyyə sui-istifadələri ilə mübarizə aparılmasını, hökumətin istefa verməsini və yanacaq qiymətlərinin köhnə səviyyəyə enməsi tələb edirlər.

Google+ WhatsApp ok.ru