Yəmən paytaxtı Husilər hərakatının tam nəzarəti altına keçdi

Yəmənın Əhli-beyt (ə) ardıcılı "Ənsarullah" Husilər Hərakatı paytaxt Sənaya nəzarəti tam üzərlərinə götürdükllərini açıqlayıb.  Bu barədə "Ria Novosti" xəbər saytı Frans-Press-ə istinadən  xəbər yayıb.
 
"Biz vətəndaşlarımızı xalq inqilabının qələbəsi münasibətilə təbrik edirik. Bu inqilab Yəməndə sağlam əməkdaşlığın əsasını qoyacaq yeni era açır", - deyə televiziya ilə çıxışında hərəkatın lideri Əbdülməlik Husi bildirib.
 
Bundan bir qədər öncə hərəkatın yüzlərlə üzvü hökumət binasını mühasirəyə alaraq paytaxtdan oraya gedən yolu bağlayıb. 4 gün öncə isə Husilər Hərəkatı ilə Yəmən hökuməti arasında milli saziş imzalanmışdı. Sənəd prezident iqamətgahında prezident Abdurabbu Mənsur Hadi, BMT Yəmən xüsusi nümayəndəsi Camal Benomar və ölkənin bütün siyasi qüvvələrinin iştirakı ilə imzalanıb. Sənədə əsasən 3 gün ərzində yeni hökumət qurulmalı idi.
 
Yəmən Ordusunun təkfirçi-vəhhabi birləşmələri ilə birlikdə etirazçı yəmənlilərə qarşı keçirdiyi son doyüşlərdə 340-dan çox vətəndaş həyatını itirib.
 
Xatırladaq ki, sentyabrın 21-də imzalanan atəşkəs sazişinə rəğmən saziş Yəmən ordusu ilə əlbir olan təkfirçi-vəhhabi qruplaşmalarının Hisilərə atəş açması ilə pozulub. Sənanın müxtəlif yerlərində Husilərə hücum edən təkfirçi radikallar Əhli-beyt (ə) ardıcılları tərəfindən geri oturdulub. /

Google+ WhatsApp ok.ru