Yəməndə Husilər `Zəfər Cüməsi` yürüşü keçiriblər

Yəmənin paytaxtı Sənada Ənsarullah Hərəkatının (Husiler) yüzlərlə tərəfdarı "Zəfər Cüməsi" adı altında nümayiş keçirərək, "İnqilabımızın arxasındayıq" mesajını veriblər.
 
Maide.az-ın məlumatına görə, səsləndirilən şüarlar baş verən hadisələrdən Husilərin məmnun olduqlarını  göstərir. Nümayişlərdə tez-tez Husilərin məşhur şüarlarından olan ''Amerikaya ölüm", "İsrailə ölüm", "Yaşasın İslam'' şüarları səsləndirilib.
 
Hökumətin maye yanacaq qiymətlərini endirmə qərarını ilk qazanc kimi qəbul edən Husilər aksiyaları davam etdirəcəklərini söyləyiblər.

Google+ WhatsApp ok.ru