Yəmən də bombalı hücum

Yəmənin paytaxtı Sanadak Təhrir meydanı ətrafında 5 ayrı yerə yerləşdirilən uzaqdan idarə edilən bombaların partladılması nəticəsində 1 nəfər dünyasnı dəyişib, 2 nəfər isə yaralanıb.
 
Maide.az xəbər verir ki, hadisə yerində araşdırma aparan hüquq mühafizə orqanları bombaların Ənsarullah Hərəkatına aid şəxslərin yaşayış yeri və keçid marşrutuna yerləşdirildiyini bildiriblər.
 
Partlayışlarla bağlı rəsmi bir açıqlama verilməyib.
 
Partlayışlarda xəsarət alan 2 nəfər xəstəxanalarda müalicə olur. 
 
Qeyd edək ki, Yəməndə Husilerə aid nəzarət nöqtələri və keçid yolları daha əvvəl də hücuma məruz qalmış və bir çox mülki şəxs dünyasını dəyişmişdi. Hücumları Yəmən Əl-Qaidəsi kimi tanınan Ənsaruş-Şəriə təşkilatı üzərinə götürmüşdü.

Google+ WhatsApp ok.ru