Yəməndə terror aktı: 33 ölü

Yəmənin cənub-qərbində mədəniyyət mərkəzində törədilən terror aktı nəticəsində 33 nəfər həlak olub
Maide.az-ın  İnterpress- ə istinadən məlumatına görə,  ölənlərin çoxu tələbələrdir. Onlar İslam Peyğəmbəri (s) -nin  mövludu münasibəti ilə tədbirdə  iştirak edirmişlər.
 
Polis terror aktının “Əl-Qaidə” üzvləri tərəfindən törədildiyini ehtimal edir. 
 
Ölənlər arasında qadın və uşaqlar da var. Çox sayda yaralı Əl-Manar xəstəxanasına yerləşdirilib. /
 

Google+ WhatsApp ok.ru