Yəməndə Husi liderlərinin yaşadığı evə qarşı bombalı hücum olub

Maide.az xəbər verir ki, Yəmənin paytaxtı Sənadakı Cəraf bölgəsində Husi liderlərinin olduğu evə qarşı həyata keçirilən bombalı hücumda can itkisi olmayıb. Partlayış nəticəsində ətrafda olan ev və maşınlara ziyan dəyib.
 
ABŞ Xarici İşlər Nazirliyi hökumətin və sonra Prezidentin istefa verdiyi Yəməndəki səfirliyində vəzifəli ABŞ vətəndaşı şəxsi heyətinin sayını azaltdığını açıqlayıb. Amma səfirliyin hər zamankı kimi fəaliyyət göstərməyi davam etdirəcəyi bildirilir.

Google+ WhatsApp ok.ru