Yəmən Əhli-beyt (ə) davamçılarının lideri: `Prezidentin istefası xarici qüvvələrin dövlət çevrilişi planının tərkibidir`

Yəmənin Əhli-Beyt (ə) ardıcılı "Ənsarullah" Husilər Hərəkatının lideri Əbdül Məlik Husi ölkədə cərəyan edən hadisələrlə bağlı geniş nitq söyləyib. Deyerler.org Əl-Məyadin televiziyasına istinadən xəbər verir ki, Ə.M.Husi bu çıxışında bir sıra mühüm mövzulara toxunub. Onlardan bir də xarici qüvvələr tərəfindən Yəməndə dövlət çevrilişinin həyata keçirilməsinə edilən planla bağlı olub.

İlk dəfə bu barədə danışan hərəkat lideri bildirib: "Eks-prezident Abdurabbu Mansur Hadininin istefasından sonra Yəməndə hakimiyyəti nəzarətə götürmək üçün gizli və təhlükəli plana cəhd edilib. Bu istefa ilə Yəmənin qonşuları ilə gərginlik yaratmağa, qonşular və beynəlxalq qüvvələrlə münasibətləri şantaj etməyə cəhdlər olub. Xalq Komitələri Yəmənin bütövlüyü və suverenliyi üçün təcili hərəkətə keçməlidir. Bununla da Yəmənin bütövlüyünə olan təhlükə nəzarətə götürülməlidir".

Xatırladaq ki, ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən eks-prezident Abdurabbu Mansur Hadi yanvarın 22-də istefa verib. Hazırda Yəməndə siyasi böhran davam etməkdədir.   

Qeyd edək ki, yanvarın 27-də Husilər Hərəkatı Yəməndə daha bir strateji məntəqəni nəzarətə götürüb. Hərəkat Ədən boğazını Əl-Qaidə terrorçularından təmizləyərək ölkə ərazisinin daha bir mühüm hissəsini azad edib. deyerler /

Google+ WhatsApp ok.ru