Yəhudilər İsrail rejiminin əsgərlərinə hücum etdilər

İordan çayının qərb sahilində yerləşən Bat Ayin yəhudi yaşayış məntəqəsində bir qrup sakinin təcavüzünə məruz qalan İsrail rejiminin əsgərlərinin buna sərt reaksiya göstərdiyi bildirilir.
 
Maide.az xəbər verir ki, Bat Ayin yəhudi yaşayış məntəqəsində təcavüzə məruz qalan əsgərlər "Yediot Ahronot" qəzetinə göndərdikləri bəyanatla etirazlarını çatdırıblar.
 
Qəzetin internet saytında yer alan xəbərə görə, İsrail rejiminin əsgərləri verdikləri açıqlamada, "Bat Ayində bizə hücum edən yəhudilərin gözlərini qan bürümüşdü və demək olar ki, bizə fiziki olaraq zərər vermək niyyətində idilər", deyilir.
 
Yəhudi sakinlərin üzünə tüpürdüyünə deyən əsgər, "Hələ heç kim buna görə məndən üzr istəməyib. Əl-Xəlildəki silahlılarla bunlar arasında fərq yoxdur" söyləyib.
 
Hücumla bağlı başladılan istintaqdan sonra verilən açıqlamada, "ifrat sağçı yəhudilərin İsrail əsgərlərinə daş atdığı və fiziki zərər verməyə çalışdığı" deyilir. Hadisə ilə bağlı 2 nəfərin həbs olunduğu bildirilir.
 
Qəzetin yazdığına görə, keçən bazar günü Bat Ayin düşərgəsində bəzi ifrat sağçı yəhudiləri həbs etmək üçün polislərin gəlməsindən əvvəl regionda təhlükəsizliyi təmin etmək tapşırılan İsrail rejiminin əsgərlərinin sakinlərin daşlı təcavüzünə məruz qaldıqları, özlərini qorumaq üçün əsgərlərin havaya xəbərdarlıq atəşi açmaq məcburiyyətində qaldıqları bildirilir.

Google+ WhatsApp ok.ru