Yəməndə Ərəbistan əleyhinə milyonluq aksiya

Yüz minlərlə yəmənli Ərəbistan və onu himayə edən ölkələrə etiraz olaraq paytaxt Sənada aksiya keçirib, Yəməni təcavüzkarların qəbiristanlığına çevirəcəklərini elan ediblər.
Maide.az əl-Məyadin informasiya kanalına istinadən məlumat verir ki, yüz minlərlə yəmənli paytaxt Sənada Ərəbistanın təcavüzkarlıqları əleyhinə aksiya keçirib. 
Aksiyada çıxış edənlər Yəmən xalqından Səud düşməninə qarşı cihada hazır olmağı, silaha sarılaraq, Allah yolunda cihada tələsməsini istəyiblər. 
Aksiya iştirakçıları qarşısında çıxış edənlər həmçinin Ali-Səuda deyiblər: Biz, Yəmən xalqı heç bir düşməndən qorxmuruq və muzdurluqla məşğul olan ölkələrə də bu şərəfi bizdən almalarına icazə verməyəcəyik./
 

Google+ WhatsApp ok.ru