Yəmənlilər Səudiyyə Ərəbistan səfirliiyi qarşısında etiraz aksiyası keçirdi

Tehranda yaşayan yəmənlilər Səudiyyə Ərəbistanının səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Maide.az xəbər verir ki,  aksiyada Ərəbistanın Sənada cümə namazına hava hücumu zamanı yaralanan və müalicə üçün Tehrana gələn bəzi şəxslər də iştirak ediblər. Etirazçılar əllərində "ABŞ-a ölüm!", "İsrailə ölüm!" və "Ərəbistana ölüm!" məzmunlu plakatlar daşıyıblar. 
Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə təcavüzünə etiraz edənlərdən bəzisi Ali-Səud kralının şəklini yandıırb və onu tapdalayıb. 
Etirazçıların əksəriyyəti İranda təhsil alan yəmənli tələbələr olublar. /

Google+ WhatsApp ok.ru