Yəmən sərhədində ilk Səudiyyə komandir öldürülüb - Foto

Səudiyyə Ərəbistanı ordusunda xidmət edən vəzifəli bölük komandiri Husilərin keçirdiyi əməliyyat nəticəsində Yəmən sərhədində öldürülüb.
 
Maide.az xəbər verir ki, Ərəbistan rəsmiləri cümə günü Yəmən sərhəd xəttində xidmət edən 1 sərhəd təhlükəsizlik qvardiya komandirinin öldürüldüyünü və 10 əsgərin də yaralandığını bildirir.
 
Ər-Riyad ölən sərhədçi komandirinin Səudiyyə Ərəbistanın Yəmənə qarşı başlatdığı təcavüzdən bu yana ölən ilk Səudiyyə zabiti olduğunu bildirib.
 
Ərəbistan Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Yəmən sərhədləri içərisində yerləşən hərbi birliyə dağlıq bölgədə Ənsarullah tərəfindən əməliyyat keçirilib. 
 
Hücuma anında qarşılıq verildiyi, lakin hücum nəticəsində Salman Malik adlı serjantın öldürüldüyü və 10 əsgərin də yaralandığı qeyd edilir.
 

Google+ WhatsApp ok.ru