Yəmənin qərbində Ərəbistana qarşı aksiya keçirilib

Maide.az-ın məlumatına görə, Yəmənin qərbində yerləşən əl-Hüdəydə vilayətində müxtəlif xalq kütlələri irimiqyaslı yürüş keçirərək, 2 mindən çox yəmənlinin həlak olması ilə nəticələnən Ali-Səud rejiminin terror hərəkətlərini pisləyiblər. 
 
Aksiyaçılardan biri deyib: "Var gücümüzlə özümüzü müdafiə etmək və təcavüzkarlarla mübarizə aparmaq üçün çalışacağıq və səudiyyəlilərə bildiririk ki, onları acı məğlubiyyət gözləyir." 
 
Yürüşdə iştirak edən bir hərbçi isə bildirib: "Şər qüvvələr qarşısında Yəmənin müdafiəsi üzrə heç nə bizə mane ola bilməz. 
Bu arada Yəmən mənbələri də bildiriblər ki, bazar ertəsi günü Ləhəc vilayətinin mərkəzində Ənsarullah Xalq Hərəkatının nəzarət etdiyi bir hərbi məkanda bomba partlayışı nəticəsində ən azı 15 nəfər həlak olub. Ölənlərdən 5 nəfəri sivil vətəndaş olub. 
Yəməndə əl-Qaidə terror qruplaşması bu hücumdan sonra Twitter sosial-ictimai şəbəkəsində bəyanat yayaraq, bu hücumun məsuliyyətini üzərinə götürüb." 
 
Aksiyaların keçirildiyi bir vaxtda Ərəbistanın qırıcı təyyarələri Ləhəc vilayətində terrorçular üçün silah yükləri atıblar. Lakin Ənsarullah qüvvələri bu yükləri aşkarlayaraq götürüblər.

Google+ WhatsApp ok.ru