Yəməndə milyonların Səudiyyə, ABŞ və İsrail rejiminə cavabı

Yəmən xalqı Səudiyyə və müttəfilərinin ölkələrinə qarşı həyata keçirdiyi təcavüzkarlığı və BMT-nin Ənsarullah Hərəkatına qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan son qətnaməsini qınamaq üçün paytaxt Sənada milyonluq nümayiş təşkil ediblər.
 
Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, nümayiş iştirakçıları Səudiyyə və ABŞ-a qarşı şüarlar səsləndirərək hava zərbələri nəticəsində Yəmən xalqını heç vaxt dizi üstdə çökdürmə bilməyəcəklərini bildiriblər.
 
Nümayiş iştirakçıları, həmçinin sionist İsrail rejiminin müttəfiq kimi Səudiyyə Ərəbistanına çağırış edərək hava zərbələrinin Yəmən xalqının müqavimətini qıra bilməyəcəyini qeyd ediblər.
 
“Ənsarullaha qarşı sanksiyaları nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının son qətnaməsinin insanları inqilaba olan dəstəklərini kəsəcəyini düşünürlərsə, bilsinlər ki, yəmənlilər Allahdan (c.c.) başqa heç kimə baş əyməyəcəkdir”, - deyə Ənsarullah rəsmisi nümayişçilər qarşısında çıxış edərək bildirib.
 
Ənsarullah rəsmisi Ali Səudun ədalətisiz bir ailə olduğunu və İŞİD ilə Əl-Qaidəni maliyyələşdirən bir ailə olduğunu qeyd edərək bu ailənin tezliklə devriləcəyini bildirib.
 
“Rədd olsun Ali Səud!” şüarlarını səsləndirən nümayişçilər bu hərəkətlərilə Ali Səud rəhbərliyinə qarşı etirazlar edən Səudiyyə Ərəbistanı şərq əyalətindəki xalqı ilə həmrəy olduqlarını ifadə ediblər.
 
"Biz dünyaya səslənirik ki, Qatif (Səudiyyə Ərəbistanın şərq əyalətinin paytaxtı) inqilabı azad xalqın inqilabıdır və bu, əsl inqilabdır”, - deyə Ənsarullah rəsmisi nümayişçilərə səslənərək bildirib.
 
Nümayişçilər Yəmən xalqına qarşı Səudiyyənin davam etdirdiyi təcavüzünü pisləyiblər. Onlar, Səudiyyə bombardmanına qarşı təcili tədbirlər görülməsi üçün beynəlxalq ictimaiyyətə çağırış ediblər.
 
"Təcavüzkarlar insanlarımızı təcrid edərək mühasirədə saxlayıblar. İnsanlar dərman və ərzaqdan məhrumdurlar”, deyən Ənsarullah rəsmisi Yəmən xalqının bu təcavüz qarşısında susmayacağını və təcavüzkarların bu qırğınlarını bağışlamayacaqlarını bildirib.
 
Nümayişçilər, həmçinin Əl-Qaidə və İŞİD kimi terror təşkilatları tərəfindən Yəməndə və digər ölkələrdə həyata keçirilən qırğınları pisləyərək bəyan ediblər ki, nə qədər ki, bu terrorçular ölkədə tam aradan getməyib Yəmən inqilabçıları bu terrorçulara qarşı mübarizəsini davam etdirəcəkdir. /

Yəməndə milyonlar Səudiyyə, ABŞ və İsrail rejiminə belə cavab verdi

Google+ WhatsApp ok.ru