Yəmən xalqı təcavüzkarlar qarşısında heç vaxt təslim olmayacaq

Yəmən Ənsarullahı Xalq Hərəkatının rəhbəri ölkəsinə qarşı son təcavüzü pisləyərək bildirib ki, Yəmən xalqı öz hüququnun ardıncadır, təcavüzkarlar qarşısında öz haqqını müdafiə edir və heç vaxt təslim olmayacaq.
 
Maide.az-ın məlumatına görə, müxtəlif televiziya vasitələri tərəfindən yayımlanan çıxışda Əbdülməlik əl-Husi bildirib ki, təcavüzləri ilə Yəmən xalqını təslim olmağa məcbur edə biləcəklərini düşünənlər xülyaya qapılmış və dar düşüncəlilərdir. 
 
Əbdülməlik əl-Husi Yəmənə hücumu amerikalı-səudiyyəli-sionist plan adlandırıb və onu sərt şəkildə pisləyib. 
 
Yəmən Ənsarullahının rəhbəri Səudiyyə Ərəbistanının quruluşunu Amerikanın əsgəri və xidmətçisi adlandırıb və təcavüzkarlar qarşısında Yəmən xalqının müqavimətini alqışlayaraq deyib: "Bu vəhşicəsinə təcavüz irimiqyaslı olmasına baxmayaraq, Yəmən xalqının iradəsinə heç bir xələl gətirə bilmədi." 
 
"Bu təcavüzdə uşaqlar, qadınlar və yaşlı insanlar qətlə yetirilirlər. Yaşayış massivləri, şəhərlər və kəndlər hədəfə alınır və təcavüzkarlar bütün əsaslı infrastruktur və Yəmən xalqının iqtisadiyyatını məhv edirlər" -deyə Əbdülməlik əl-Husi əlavə edib. 
 
Sionist rejimin bu hücumu səudiyyə rejimi ilə özünün müştərək mənafeyi istiqamətində hesab etdiyini bəyan edən Ənsarullah Hərəkatının rəhbəri bildirib: "İki müqəddəs ocağı hədələyənlər İsrail və Amerikadır." 
 
"Bu hücum Səudiyyə Ərəbistanı rejiminin Yəmən xalqı üçün ciddi təhdid olduğunu göstərir", - deyən əl-Husinin sözlərinə görə, bu hücum səudiyyə rejiminin Yəmən xalqına kin-küdurət bəslədiyini göstərir. 
 
Səudiyyəlilərin Fələstin qarşılığndakı mövqeyinə toxunan Ənsarullah Hərəkatının lideri əlavə edib: Onların Fələstin xalqına etdikləri cinayətlər bəsirəti olan hər bir şəxs üçün aydındır. 
 
Əbdülməlik əl-Husi bu ölkəyə istənilən nəzarəti rədd edərək deyib: Əgər Yəmən xalqı qəyyumluğu qəbul edərsə stabillik və təhlükəsizlik görməyəcək. Çünki indiyə qədər Ərəbistanın Yəməndə nəzarətinin artdığı qədər cinayətkar və əl-Qaidənin də iştirakı artmışdır. 
 
Əbdülməlik əl-Husi həmçinin İranın Yəməndə nüfuzu ilə mübarizə ilə əlaqədar iddiaları rədd edərək bildirib: Onların Yəməndəki problemi İranla əlaqədar deyildir. Onlar regiondakı uğursuzluqlarının əvəzini Yəmənə hücumla çıxmaq istəyirlər.

Google+ WhatsApp ok.ru