Yəmən qəbilələri Ərəbistanda 5 hərbi bazaya hücum etdilər

Maide.az-ın məlumatına görə, Yəmən qəbilələrinin mübarizləri Səudiyyə Ərəbistanı qüvvələrinin mövqelərinə hücum edərək 5 bazanı ələ keçiriblər. 
 
Yəmən mübarizləri bu əməliyyatda Nəcranda əl-Həlqə və Cazan bazaları kimi tanınan digər 4 bazaya da eyni zamanda hücum edib və bir qrup səudiyyəli hərbçini əsir götürüblər. 
 
Yəmənin təhlükəsizlik mənbələri bildiriblər ki, Yəmən qəbilələri həmçinin bu əməliyyatda Səudiyyə Ərəbistanı hərbçilərini bölgədən kənarlaşdırıb, çoxlu miqdarda silah-sursatı qənimət götürüb və heç bir tələfat vermədən öz mövqelərinə geri qayıdıblar.

Google+ WhatsApp ok.ru