Yəmənin Ənsarullah Hərəkatı BMT-nin vasitəçiliyi ilə sülh danışıqlarına hazır olduğunu bəyan etdi

Ənsarullah hərəkatı Yəmənə hərbi təcavüzünü davam etdirən Səudiyyə Ərəbistanı ilə BMT-nin nəzarəti altında sülh danışıqlarının bərpa edilməsinə çağırış edib.
PressTV-nin verdiyi xəbərə görə, Ənsarullah Hərəkatı Səudiyyə Ərəbistanı və Körfəz ölkələrilə BMT-nin vasitəçiliyi altında aparılan danışıqların müharibədən əvvəl dayandırıldığı yerdən başlanılmasına hazır olduğunu bildirib.
 
Ənsarullah Hərəkatı Səudiyyə Ərəbistanının Yəmənə qarşı birtərəfli blokadasının da aradan qaldırılmalı olduğunu vurğulayıb.
 
Xatırladaq ki, bu gün Ənsarullah Hərəkatı Silahlı Qüvvələrinin mətbuat katibi polkovnik Şərəf Qalib Luqman Səudiyyənin guya dinc əhaliyə humanitar yardımların çatdırılmasını asandlaşdırmaq məqsədi ilə Yəmənə qarşı öz hərbi təcavüzünə beş günlük fasilə verməsi planına razılıq verdiklərini bəyan edib./

Google+ WhatsApp ok.ru