Yəməndə şəkk-şübhələrlə dolu 5 günlük atəşkəs

Ərəbistan tərəfindən Yəməndə elan olunan 5 günlük atəşkəs yerli vaxtla çərşənbə axşamı gecə bərqərar olub. Lakin Ərəbistanın qırıcı təyyarələrinin atəşkəs başlandığı zamandan bəri Yəmənin müxtəlif bölgələrinə hücumları davam edir.
 
Maide.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın sözçüsü Əhməd əl-Əsiri mətbuat konfransında vəd edib ki, Ərəbistan bu humanist atəşkəsə sadiq qalacaq. 
 
Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr ötən həftə ABŞ dövlət katibi Con Kerri ilə Parisdə mətbuat konfransında bildirmişdi ki, çərşənbə axşamı günündən Yəməndə 5 günlük atəşkəs bərqərar olacaq. 
 
Bundan öncə Ərəbistan Yəmənə qarşı "Kəskin Tufan" hücumunun 22-ci gününün sonunda atəşkəs elan etdi. Lakin ona etina etməyərək, Yəmənin müxtəlif bölgələrini "ümidin qayıtması" adı altında hava hücumlarına məruz qoydu. 
 
Ərəbistan və müttəfiqlərinin Yəmənə hava hücumları 26 martda başlayıb. 
 
Yəmən medialarının bildirdiyinə görə, bu ölkədə 5 günlük atəşkəs başlamazdan öncə Səudiyyə Ərəbistanı qırıcılarının Həcci vilayətində Əbəs məntəqəsinə hücumlarında 90-dan çox yəmənli həlak olub və yaralanıb. 
 
Həccə vilayətində yerli mənbələr bildiriblər ki, bu hücumlar nəticəsində ən azı 40 yəmənli həlak olub, 50-dən çox şəxs isə yaralanıb. 
 
Bu hava hücumlarında Əbəs şəhəri həbsxanası və bir neçə bina və yaşayış massivi hədəfə alınıb və tamamilə dağılıb. 
 
Səudiyyə qırıcıları həmçinin atəşkəsin başlanmasına az müddətin qaldığı bir vaxtda Yəmənin şimalında İmran vilayətinin müxtəlif bölgələrini bombardman ediblər. 
 
Yəmənin bir təhlükəsizlik rəsmisi deyib ki, Səudiyyə ordusunun hava hücumlarının davamında İmran vilayətinin müxtəlif bölgələrində infrastrukturlar, idarələr və binalar hədəfə alınıb. 
 
Yəmən mənbələri Ərəbistan və müttəfiqlərinin hava hücumlarında həlak olanların 3 mindən yuxarı olduğunu bildirirlər. 
 
Atəşkəs bərqərar olmazdan öncə, BMT-nin Yəmən məsələləri üzrə yeni nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd çərşənbə axşamı günü Yəmənə daxil olan kimi bildirmişdi ki, tezliklə yəmənli qruplarla atəşkəs məsələsini araşdıracaq. 
 
BMT-nin Yəmən məsələləri üzrə yeni nümayəndəsi həmçinin bildirib ki, Yəmənin siyasi qrupları arasında müzakirələrin yenidən başlanmasını izləyəcək.

Google+ WhatsApp ok.ru