Yəmən xalqına humanitar yardım aparan gəmi Ədən körfəzində

Iranın Qırmızı Aypara Cəmiyyətinin məzlum Yəmən xalqına göndərdiyi humanitar yardım gəmisi artıq Ədən körfəzindədir. 
Maide.az xəbər verir ki, İranın humanitar gəmisi Babul-Məndəb boğazından keçərək Qırmızı dənizdə Yəməninn Hədidə limanında yan alacaq. 
Humanitar gəmidə 2500 ton müxtəlif növ ərzaq məhsulları o cümlədən çörək, un, düyü, konserva, içməli su, və 100 ton dərman və tibbi avadanlıq Yəmən xalqına aparılır. Gəmidə həmçinin Qırmızı Aypara Cəmiyyətinin həkimləri , Amerika, Fransa və Almaniyadan müharibə əleyhinə kompaniyanın üzvləri və müxtəlif KİV-lərdən 15 jurnalist var. 
Gəmini İranın hərbi gəmisi müşayiət edir. 
Qeyd edək ki, bundan öncən İran məzlum Yəmən xalqına humanitar yardımları təyyarə ilə çatdırmaq istəsədə Səudiyyə rejim qırıcıları Səna hava limanını bombalamaqla yardımların çatdırılmasının qarşısını almışdı. /
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru