Yəmən xalqı Səudiyyənin təcavüzkar hücumlarını pisləmək üçün yenidən böyük izdihamlı nümayiş keçirdi

Yəmən xalqı Səudiyyə Ərəbistanın ölkələrinə qarşı davam edən təcavüzü pisləmək üçün yenidən yüz minlərin iştirak etdiyi böyük bir nümayiş keçiriblər.
Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, dünən paytaxt Sənada Ali İnqilabi Şuranın təşkil etdiyi növbəti mitinqdə nümayişçilər Səudiyyənin vəhşiliyinin onların mərdliyini qıra bilməyəcəyini və bu təcavüzkar hücumların inqilabı hədəfinə çatdırmaqda onlara mane olmayacağını bildiriblər.
Nümayişdə "sionist İsrail rejiminə və amerikaya ölüm!” şüarları səsləndirən etirazçılar silahsız Yəmən xalqına qarşı Səudiyyə ilə əlbir olan digər gücləri də Ər-Riyadın törətdiyi cinayətlərdə məsuliyyət daşıdıqlarını söyləyiblər.
Nümayişdə Yəməndəki uşaqları təmsil edərək çıxış edən natiq, amansız təcavüz zamanı uşaqların iztirabları haqqında xalqa səslənərək, dünyanın sülh güclərinin Yəməndə qadınlara və uşaqlara qarşı Səudiyyənin cinayətkar hücumlarına susduqlarını qeyd edib.
Nümayişçilər Ər-Riyadda Yəmənlə bağlı keçirilən müzakirələri tənqid edərək, müzakirə iştirakçılarının Yəməndə qətlə yetirilən qadın və uşaqların cəsədləri üzərində dialoq apardıqlarını bildiriblər.
İstefa verərək qaçmış sabiq prezident Mənsur Hadinin də müzakirələrdə iştirakından hiddətlənən Yəmən xalqı qaçan azlığın eybəcərlikdən başqa bir şey ifadə etmədiklərini deyərək, “Biz legitim sayılırıq “ deyə şüar səsləndiriblər.
Yəmən İnsan Haqları Evinin yaydığı son hesabata əsasən, Səudiyyə və müttəfiqlərinin martın 26-da Yəməndə başlatdığı təcavüzkar hücumlardan indiyənə qədər 3979 yəmənlinin həlak olub, 6887 yəmənli isə yaralanıb./
 

Google+ WhatsApp ok.ru