Yəmən ordusundan Səudiyyəyə quru əməliyyatı

Maide.az-ın "Əl-Mənar"a istinadən verdiyi məlunmata görə,  Yəmən mənbələri dünən baş verən toqquşmalarda 20-dən artıq Səudiyyə əsgərinin öldürüldüyünü açıqlayıb.
 
Yəmən ordusu və Xalq Komitələrinin dünən başlayan toqquşmaların sonunda Səudiyyə Ərəbistanı sərhədləri içərisində Cəbəl Rədifi əldə keçirdiyi bildirilən xəbərdə, Səudiyyə sərhəd mühafizəçilərinə aid onlarca avtomobilin məhv edildiyi və Səudiyyə əsgərlərinin münaqişə bölgəsindən qaçdığı deyilir.
 
Yəmən ordusu və Xalq Komitələrinin Cəbəl Rədifdəki Bürc Əbul Kəssaf hərbi bazasına da 50-dən çox qumbaratan zərbəsi təşkil etdiyi və təxminən 17 Səudiyyə əsgərinin də öldürüldüyü bildirilir.

Google+ WhatsApp ok.ru