Yəmənin Zilzalı səudiyyəlilərin canına qorxu salıb

Yəmən ordusu və inqilab komitələri Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı təcavüzlərinin davam etməsinə cavab olaraq Nəcranda səudiyyəlilərin sərhəd mövqelərinə istehsal etdikləri bir neçə Zilzal raketi atıblar. Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Yəmən ordusu və müqavimət komitələri Nəcranda əl-Həcr və Əlis sərhəd qərargahını hədəfə alıb və bir Ərəbistan tankını məhv ediblər.
 
Bu arada Yəmənin əl-Məsirə telekanalı Səudiyyə Ərəbistanının hücumlarına reaksiya olaraq daxildə istehsal olunan raketlərin kadrlarını yayımlayıb. Yəmən ordusunun sənaye bölməsi bu raketləri Zilzal raketi adlandırıb. Zilzal raketləri yaxın hədəfləri yüksək şəkildə məhv etmək qabiliyyətinə malikdir və hədəfə toxunduğu zaman güclü partlayış törədir. Bu raketlər fərdi 3 nəfərlik raketatanlarla atılır və elektronika şəklində idarə olunur. Bəzi xəbər mənbələri Yəmən ordusunun Səudiyyə Ərəbistanının Əsir məntəqəsində Eynül-Harrə hərbi bazasını ələ keçirdiyini bildirirlər.
 

Google+ WhatsApp ok.ru