Yəmən Ənsarullahının heyəti Moskvada məsləhətləşmə aparıb

Maide.az xəbər verir ki, Livanın əl-Məyadin telekanalının məlumatına görə, Yəmən Ənsarullahı xalq hərəkatının sözçüsü Məhəmməd Əbdüssalam, Ənsarullah Hərəkatının heyəti Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri ilə müsbət məsləhətləşmələr apardığını bildirib. 

Əbdüssalam bildirib ki, Yəmən Ənsarullahı heç bir ilkin şərt olmadan 14 iyunda Cenevrə danışıqlarında iştirak etməyə sadiqdir: "Rusiya rəsmiləri açıq aşkar şəkildə bu məsələni vurğulayıblar ki, müharibə Yəməndə böhranını həll yolu ilə nəticələnə bilməz və əksinə faciəli nəticələrə malik ola bilər." 

Yəmənin Ənsarullah Hərəkatının heyəti bazar ertəsi günü Moskvada Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri ilə Yəmən böhranı barədə məsləhətləşmələrə yekun vurub.

Google+ WhatsApp ok.ru