Yəmən ordusunun sözçüsü: Hər cür atəşkəs pozuntusuna cavab verəcəyik

Yəmən ordusu bildirib ki, Ərəbistan tərəfindən hər cür atəşkəs pozuntusuna qətiyyətli cavab veriləcək.
 
Maide.az xəbər verir ki, Yəmənin "Əlməsirə" saytının məlumatına görə, Yəmən ordusunun sözçüsü Şərəf Loğman dünən bu ölkədə atəşkəsin bərqərarını alqışlayaraq, vurğulayıb ki, Yəmənin ordu və təhlükəsizlik qüvvələri hər cür atəşkəs pozuntusuna var gücü ilə cavab verəcək.
 
Loğman sonra deyib: Yəmən ordusunun Ərəbistan ordusunun hücumlarına reaksiyası öz torpaqlarını müdafiədir ki, beynəlxalq meyar və qanunlar əsasında həyata keçir.

Google+ WhatsApp ok.ru