Yəmənli jurnalistlər Ərəbistandan çıxarılır

Maide.az-ın məlumatına görə, Ərəbistan yəmənli media mənsubları və jurnalistləri müxtəlif səbəblər, o cümlədən Səudiyyə Ərəbistaını və müttəfiqlərinin Yəmənə qarşı müharibəsinin həqiqi xəbərlərini əks etdirdiyi üçün bu ölkədən çıxarmaq və Misirə göndərmək niyyətindədir. 
 
Halbuki, Yəmənin xəbər telekanalları, medialar və internet portalları bu ölkənin istefa vermiş fərari prezidenti Əbdə Rəbbə Mənsur Hadinin nəzarəti ilə Ər-Riyadda fəaliyyət göstərirlər. 
 
Ərəbistan Yəmənə nəzarət və fərari prezident Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq məqsədilə Oman istisna olmaqla 9 ərəb ölkəsi ilə birlikdə 26 martdan Yəmənə qarşı dəniz, hava və quru hücumlarına başlayıb. 
 
Ərəbistanın bu düşmənçiliyi indiyə qədər minlərlə müdafiəsiz Yəmən vətəndaşının həlak olması və yaralanması, eləcə də bu ölkənin infrastrukturlarının məhv olması ilə nəticələnib.

Google+ WhatsApp ok.ru