Yəmən mediası: Dubayın Əmirinin oğlu ürək tutmasından deyil, Yəməndə raket atəşində ölüb,

Yəmən mediyaları məlumat yayıb ki, BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlunun ürək tutmasından vəfat etməsi ilə bağlı yayımlanan xəbər yalandır çünki o, Yəmənin Mareb əyalətində raket atəşi nəticəsində ölüb. 
Maide.az xəbər verir ki,  Yəmənipress saytı və Əl-Eyn xəbər portalı məlumat verir ki, Ənsarullaha yaxın adı açıqlamayan mənbə bildirib ki, ötən gün BƏƏ mediası xəbər yayımlayıb ki,  34 yaşlı şeyx Rəşid bin Məhəmməd Al Məktumun guya ürək tutmasından vəfat edib, lakin bu məlumat BƏƏ-də əhalini aldatmaq məqsədi ilə yayımlanıb. Çünki BƏƏ-də xalq kütləsi BƏƏ-nin Yəmənə hücumlardan geri çəkilməsini istəyir. 
Qeyd edək ki, bir neçə gün öncə Yəmənin Mareb əyalətində raket atəşi nəticəsində BƏƏ-dən olan 45 hərbçi ölüb. Həmin hücum nəticəsində  BƏƏ-nin Ras-Əl-Xeymə əmirliyinin rəhbəri şeyx Səud ibn Sakr əl-Qasimin oğlu  yaralanmışdı./
 
 

Google+ WhatsApp ok.ru