Yəməndə yüzdən çox sudanlı və movritaniyalı hərbçi öldürülüb

Yəmən ordusu və Xalq müqavimət qüvvələrinin muzdurların Mərəb şəhərindəki III hərbi birləşmənin Qərargahında yerləşən muzdurların toplantı məntəqələri və həbri təchizat bazalarına raket və aetilleriya atəşi nəticəsində yüzdən çox sudanlı və movritaniyalı hərbçi zərərsizləşdirilib.
Maide.az xəbər verir ki, raket qüvvələri ölkənin sərhədlərində Səudiyyə muzdurlarına məxsus bir neçə hərbi mövqeyi və toplanış məkanlarını hədəfə alıb.
Yəmənin artilleriya bölmələri həmçinin Qoləl əl-Şeybani adlı bölgəni, eləcədə əl-Mehzar və Əyn əl-Surin qarnizonlarını və habelə əl-Rəbue rayonunun şərqində düşmən qüvvələrinin toplantı yerini minaatanlarla atəşə tutub.
Ərəbistanın Nəcran bölgəsində, əl-Əşş hərbi bazası bir neçə minaatan gülləsinə hədəf olub.
Ceyzan bölgəsində də Yəmən ordusu və Xalq müqavimət qüvvələri əl-Moənnəq hərbi bazasının ətrafını minaatanlardan hədəfə alıb./

Google+ WhatsApp ok.ru