Yəhudi mühacir fələstinlini bıçaqlayıb

İordan çayının Qərb sahilinin cənubundakı Beytullahim şəhəri yaxınlığında yəhudi mühacirin bıçaqlı hücum cəhdi nəticəsində bir fələstinlinin yaralandığı bildirilir.
 
Maide.az xəbər verir ki, Fələstin Qızıl Ayparasından yayımlanan yazılı açıqlamada, "Beytullahim şəhərinin qərbindəki Husan mahalındakı Beitar İllit yaşayış məntəqəsi yaxınlığında bir fələstinli, yəhudi mühacir tərəfindən bıçaqlı hücuma məruz qaldı. Hücumda orta dərəcədə yaralanan fələstinli Əl-Həsən Xəstəxanasında müalicə altına alındı" deyilir.
 
Yəhudi mühacirlərin fələstinlilərə hücumları və Məscidi Əqsaya qarşı basqınları səbəbiylə bölgədə gərginlik yüksəlib. Demək olar ki, hər gün "israillilərə bıçaqlı hücum cəhdində olduğu" iddiasıyla fələstinlilər vurularaq yaralanır və ya öldürülür.
 
Yəhudi mühacirlərin fələstinlilərə hücumları və Məscidi Əqsaya qarşı basqınları ilə birlikdə bölgədə getdikcə artan gərginlik ciddi ölçülərə çatıb. Oktyabr ayının əvvəlindən bu yana 22-si uşaq olmaqla 102 fələstinli həyatını itirib.

Google+ WhatsApp ok.ru