Yəmənli qüvvələr Ərəbistanın iki kəndini ələ keçirib

Yəmən ordusu xalq komitələri  Səudiyyə Ərəbistanın iki kəndini ələ keçirib. 
Maide.az Əlməsirə telekanalına istinadən məlumat verir ki, yəmənli qüvvələr cümə günü Səudiyyə Ərəbistanda bir neçə hərbi mövqeyə hücumdan sonra bu ölkənin Cazan vilayətindəki Əlvasitə və Əlxadimə kəndlərini ələ keçiriblər.
Məlumata görə, yəmənli qüvvələr həmçinin həmin vilayətdə yerləşən Əlməhdəf məntəqəsinin yaxınlığındakı üç hərbi bazanın nəzarətini ələ alıb və Ərəbistanın bir neçə hərbi avtomobilini məhv ediblər.
Yəmənli qüvvələr həmçinin bir neçə raketlə Nəcran gömrük darvazalarına hücum ediblər ki, nəticədə bir qrup səudiyyəli hərbçi öldürülüb./
 

Google+ WhatsApp ok.ru