Yəməndə 19 Sudanlı muzdlu öldürülüb

Səudiyyə Ərəbistanın koalisiyasının tərkibində Yəmənə təcavüz edən 19 Sudanlı muzdlu Yəmən xalq qüvvələri və ordusu tərəfindən öldürülüb. 
Maide.az xəbər verir ki, Sudanlı muzdlular ötən gün Təz əyalətinin Zubab şəhərində gedən döyüşlərdə öldürülüblər. 
Yəmən xalq qüvvələri və ordusunun Səudiyyə Ərəbistanın cənubunda Nəcran bölgəsinə raket hücumları zamanı da bir neçə Səudiyyəli hərbiçinin öldürüldüyü bildirilir.
Yəmən qaynaqları elan ediblər ki, həmçinin iki raket zərbəsi Ərəbistanın Cizan əyalətində  əl-Mihdəf və Şebəl-dəhmi bölgələrində hərbi bazalara endirilib. /

Google+ WhatsApp ok.ru