Yəmənlilər Səudiyyə rejiminin11 zirehli texnikasını və 30 əsgərini məhv edib

Yəmən ordusu və xalq komitələri təcavüzkar Səudiyyə Ərəbistanın qırıcılarının hücumlarına cavab olaraq 30 səudiyyəli muzdlunu və 11 zirehli texnikanı məhv edib. 
Maide.az xəbər verir ki, Yəmən ordusu və xalq komitə üzvləri Əl-Cuf əyalətinin Beyr-ul-Məraziq bölgəsində Səudiyyə muzdlularının yolunda pusqu qurub. Bu əməliyyat zamanı da bir neçə muzdlu həlak olub, bir neçə tank məhv edilib. 
Məlumata görə, Səudiyyə qırıcıları 4 dəfə Yəmənin Səna əyalətində müxtəlif bölgələri bombalayıb. 
Məlumatda həmçinin bildirlir ki, bir neçə Somalyalı muzdlu Yəmən ordusu tərəfindən əsir götürülüb. /
 

Google+ WhatsApp ok.ru