Yəməndə qocalar evinə hücum edildi: 16 nəfər həlak oldu

Yəmənin cənubunda Ədən  şəhərində silahlı şəxslərin qocalar evinə hücumu nəticəsində  16 nəfər həlak olub.
 
Maide.az xəbər verir ki, həlak olanlardan 4 nəfəri Hindistandan olan tibb bacısıdır. 
 
Hücum edənlər  qocalar evinin gözətçisini öldürüb və binada olanlara atəş açıblar. 
Hələlik heç bir qrup  hadisənin məsuliyyətini üzərinə götürməyib. /
 

Google+ WhatsApp ok.ru