Yəməndə Səudiyyə Rejiminə qarşı irimiqyaslı aksiya

Yəmən paytaxtı Sənada on minlərlə yəmənli aksiya keçirərək Ali-Səud rejiminin təcavüzkar siyasətlərini pisləyib.
 
Maide.az xəbər verir ki, Əl-Əhd Xəbər Agentliyinin məlumatına görə, on minlərlə yəmənli cümə günü Səna şəhərində irimiqyaslı aksiya keçirərək Səudiyyə Ərəbistanı və ABŞ-a qarşı şüarlar səsləndirib.
 
Aksiya iştirakçıları  Ali-Səud qırıcı təyyarələrinin əl-Xəmsi bazarına hücumunu pisləyib və Ərəbistanın Yəmənə vəhşicəsinə hücumlarına son qoyulmasını tələb ediblər.
 
Yəmən vətəndaşları həmçinin BMT və beynəlxalq ictimaiyyətin Ali-Səudun Yəməndəki cinayətləri qarşısında sükut etməsini pisləyiblər.
 
Qeyd edək ki, Səudiyyə rejimi qırıcı təyyarələrinin Həccə vilayətində bir bazara hücumunda 119 nəfər həlak olub, onlarla nəfər yaralanıb.
 
Ərəbistan bəzi ərəb ölkələri ilə koalisiya quraraq Yəmənin müxtəlif bölgələrini ötən bir ildə vəhşicəsinə hücumlara məruz qoyumuşdur. Nəticədə səkkiz mindən çox yəmənli həlak olmuş və on minlərlə insan yaralanmışdır./ 
 

Google+ WhatsApp ok.ru