Yəməndə atəşkəs aprelin 10-dan başlayacaq

BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd Yəməndə aprel ayının 10-dan atəşkəs olacağını bildirib. 

Maide.az xəbər verir ki,  O həmçinin  aprelin 18-dən Yəməndəki müharibə tərəfləri arasında Kuveytdə sülh danışıqları aparalıcağını elan edib. 

Məlumata görə, BMT-nin nümayəndəsi deyib ki, bütün tərəflər sülh danışıqlarının Kuveytdə keçirilməsi haqqında razılığa gəliiblər. 

Qeyd edək ki,  Yəməndəki tərəflər arasında sülh danışıqları  bundan öncə  iki dəfə İsveçrədə aparılıb və danışıqlarda heç bir nəticə əldə olunmayıb. /

Google+ WhatsApp ok.ru