Yəmən müharibəsində 900 uşaq öldürülüb

 Birləşmiş Millətlər Uşaqlara Yardım Fondu (UNİCEF) Yəmən müharibəsində 900-dən çox uşağın öldürüldüyünü, 1300-nün də yaralandığını açıqlayıb.
 
 BMT-nin Cenevrə Ofisində keçirilən mətbuat toplantısında telekonfransla bağlanaraq hesabata dair məlumat verən UNİCEF-in Yəmən nümayəndəsi Julien Harneis, "Son bir ildə 934 uşaq öldü, 1356 uşaq isə yaralanıb. Bunların 61 faizi hava hücumları nəticəsində həyatını itirib, ya da yaralanıb", - deyib.
 
 Yəməndə hər gün orta hesabla 6 uşağın öldürüldüyünü və ya yaralandığını bildirən UNİCEF hesabatı, 10 yaşlı uşaqların da döyüşə cəlb edildiyini bildirib.
 
 Hesabatda, təxminən 320 min uşağın qida çatışmazlığı səbəbindən xəstəlik, ya da ölüm təhdidi altında olduğu, hər il təxminən 50 min uşağın 5 yaşına daxil olmadan həyatını itirdiyi vurğulanıb.

Google+ WhatsApp ok.ru