Yəmən sülh müzakirələri nəticəsiz başa çatdı

Küveytdə cərəyan edən Yəmən sülh müzakirələri nəticəsiz başa çatıb.

Maide.Az "Əl-Məyadin"-ə istinadən xəbər verir ki, Küveytdə yəmənli qruplar arasında cərəyan edən müzakirələrdə Yəmən müzakirə heyəti ölkədə atəşkəsin bərqərar edilməsi və böhranın siyasi yolla həll edilməsində siyasi anlaşmaya sadiq olduğunu vurğulayıb.

Yəmənin istefada olan prezidenti Əbd Rəbbə Mənsur Hadini təmsil edən nümayəndə heyəti isə etimadın yaradılması istiqamətində yəmənli qüvvələrin silahlarını təhvil vermələrini və şəhərlərdən geri çəkilmələrini tələb edib.

BMT baş katibinin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd də Əbd Rəbbə Mənsur Hadi və onun dövlətinin Yəməndə yenidən iqtidara qayıtması təklifi ilə çıxış edib ki, Səna nümayəndə heyəti bunu rədd edib.

Ərəbistan bir sıra ərəb ölkəsi ilə birlikdə ötən ilin martından Yəmənə qarşı hərətərəfli hücumlara başlayıb. Bu hücumların bəhanəsi Əbd Rəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaqdır. İndiyə qədər bu hücumlarda minlərlə nəfər ölüb və yaralanıb./

Google+ WhatsApp ok.ru