Yəmənli uşaqlar BMT uşaqlar əleyhinə cinayətlərə göz yummasın deyə cib pullarını bu quruma bağışladı

Yəmənli uşaqlar BMT uşaqlar əleyhinə cinayətlərə göz yummasın deyə cib pullarını bu quruma bağışladı

Bir qrup yəmənli uşaq BMT-nin Sənadakı ofisi qarşısına toplaşaraq Səudiyyə Ərəbistanın adının uşaqların hüquqlarını pozanların siyahısından çıxarılmasını pisləyiblər.
 
Maide.Az xəbər verir ki, yəmənli uşaqlar bazar günü BMT-nin Yəmən paytaxtı Sənadakı ofisi qarşısına toplaşıb və simvolik hərəkətdə cib pullarını könüllü şəkildə BMT-yə veriblər ki, bu təşkilat Ərəbistanın yardımlarına ehtiyacsız olaraq uşaqlar əleyhinə təcavüzkar koalisiyanın cinayətlərinə göz yummasın.
 
Yəmənli uşaqlar həmçinin şüarlar verərək beynəlxalq ictimaiyyət və dünyanın azad xalqlarından istəyiblər ki, BMT-ni Yəmən uşaqlarını kütləvi qırğın etməkdə iştirak etdiyinə görə, "xəcalət siyahısı"na salsınlar.
 
Qeyd edək ki, BMT 2 iyun hesabatında Səudiyyə Ərəbistanının başçılıq etdiyi Yəmən əleyhinə hərbi koalisiyanı yəmənli uşaqlara qarşı qırğın etdiyinə görə, uşaqların hüquqlarını pozanların qara siyahısına salıb və təcavüzkar səudiyyə rejiminin bu müharibədə həlak olan uşaqların 60%nin ölməsində məsuliyyət daşıdığını bildirib.
Lakin BMT-nin Ər-Riyadı tənqidi uzun çəkməyib. Bir həftə sonra 9 iyunda bu təşkilatın baş katibi Ban Ki Mun Ərəbistanın adını qeyd olunan siyahıdan çıxarıb.
 
BMT baş katibi Ban Ki Mun Ərəbistanın başçılıq etdiyi koalisiyanı uşaqların hüquqlarını pozanlar qara siyahısından çıxardıqdan sonra, bu hərəkətdən təəssüflənib və deyib ki, Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyasının adının uşaqların hüquqlarını pozanlar siyahısından çıxarılması bəzi ölkələrin BMT-nin büdcəsini kəsmək təhdidi ardınca baş verib.
 
 

Google+ WhatsApp ok.ru