Yəmənə təcavüzə və ölkənin mühasirəsinə son qoyacaq hər hansı bir təklifi müzakirə etməyə hazırıq

Yəmənə təcavüzə və ölkənin mühasirəsinə son qoyacaq hər hansı bir təklifi müzakirə etməyə hazırıq

Yəmən qüvvələri hər hansı bir təcavüz qarşısında özünü müdafiə etmək hüququna malikdir. Biz Yəmənə təcavüzə və ölkənin mühasirəsinə son qoyacaq hər hansı bir təklifi müzakirə etməyə hazırıq.

Maide.az xəbər verir ki, bunu Yəmən Ali Siyasi Şurasının sədri Saleh Əl-Simad deyib.

O deyib ki, Yəmən qüvvələrinin Səudiyyə Ərəbistan rejim qüvvələrinə qarşı hücumları ona görədir ki, səudiyyəlilər yəmənlilərin təcavüz və bombalama nəticəsində çəkdikləri əziyyəti və əzabı dadsınlar.

Əl-Simad deyib ki, onlar bir gündə Yəmənin müxtəlif bölgələrinə yüzlırlə bomba yağdırır, təbiidir ki, yəmənlilər bu hücumların qarşısında özünü müdafiə etməlidir.

Reuters agentliyinə danışan Yəmən rəsmisi deyib ki, Yəmən Milli Nümayəndə Heyəti Yəməndə müharibəyə son qoymaq üçün danışıqlara hazırdır. "Yəmən qüvvələri hücumlar qarşısında özünü müdafiə hüququna malikdir. Biz öncə də dediyimiz kimi sülh və danışıqlar qapısını bağlamamışıq. Biz Yəmən xalqının dərdlərini sakitləşdirəcək və təcavüzə son qoyacaq hər hansı bir imkanı dəyırləndirməyə hazırıq." Qeyd edək ki BMT-nin nəzarəti ilə Kuveytdə aparılan sülh danışıqları avqustun 6-da dayandırılıb. ABŞ dövlət katibi Con Kerri cümə axşamı günü bildirib ki, Amerika, BMT və Fars Körfəzinin Ərəb ölkələri, Yəməndə milli vəhdət hökümətinin yaradılması məqsədi ilə danışıqları başlamağa hazırdır. Bundan sonra Yəmənin Ənsarullah Hərakatı bəyanat yayaraq bu layihəni dəstəklədiklərini, lakin hər hansı yazılı təklif almadıqlarını açıqlayıblar.

Google+ WhatsApp ok.ru