Yəmən heyəti İraq rəsmiləri ilə məsləhətləşmə aparıb 30 Avqust 2016 01:00 Yəmən İraq xarici işlər naziri Yəmənin idarə olunması üçün Ali Siyasi Şuranın təşkil olunmasını müsbət addım adlandırıb. İRNA-nın məlumatına görə, İraq xarici işlər naziri İbrahim əl-Cəfəri Bağdadda Yəmən heyəti ilə görüşdə bildirib: "İraq Yəmənin Ali Siyasi Şurasının təşkil olunmasını dəstəkləyir və bu ölkənin idarə olunması üçün müsbət addım hesab edir". İraq xarici işlər naziri həmçinin Yəmən xalqının elan olunmamış müharibə qarşısındakı müqavimətini alqışlayıb və əlavə edib: "Yəmən xalqı öz ölkəsini müdafiə edir və onun üçün də qurban verir". Yəmən heyətinin rəhbəri Məhəmməd Əbdüssalam da bu görüşdə beynəlxalq ictimaiyyətin Yəmən xalqının qarşılaşdığı səudiyyəli-amerikalı hərbi təcavüz qarşısındakı sükutunu tənqid edib və deyib: Yəmən xalqının hal-hazırda müqavimət və mübarizədən başqa heç bir yolu yoxdur. Əbdüssalam həmçinin Yəmən xalqına dəstəyinə görə İraq dövlətinin mövqeyinə öz təşəkkürünü bildirib. Yəmənin Ənsarullah Heyəti bazar günü İraq rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə bu ölkə paytaxtı Bağdada səfər edib. Yəmən heyətinin İraqdan Livana səfər etməsi nəzərdə tutulub. / Teqlər : #Yəmən heyəti İraq rəsmiləri ilə məsləhətləşmə aparıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə rejiminin Yəmənə təcavüzü davam edir Səudiyyə Ərəbistan Yəmənin şimalında dinc sakinlərin qətliamını davam etdirir - FOTO
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'