Yəmən “Ənsarullah” heyəti Ayətullah Sistani ilə görüşdü

Yəmən “Ənsarullah” heyəti Ayətullah Sistani ilə görüşdü

Ötən bazar günündən etibarən Yəmən “Ənsarullah” heyətinin İraqa səfərə başlayıb.
 
Ötən gün Kərbəla şəhərində olan Məhəmməd Əbdüssəlamın başçılıq etdyi heyət bu gün Nəcəf şəhərində İraq şiələrinin lideri Ayətullah Sistani ilə görüşüb. Yəmən “Ənsarullah” heyəti ötən bazar günü İraq xarici işlər naziri İbrahim əl-Cəfəri ilə görüşüb.
 
Bundan əlavə, Yəmən heyətinin Suriya və Livana səfər edəcəkyi də açıqlanıb.
 
Qeyd edək ki, ötən ay Yəmən Xalq Konqresi Yəməni idarə etmək məqsədilə 10 nəfərdən ibarət olan siyasi şura təsis edib.
 
Avqustun 14-də seçilən Siyasi Şura üzvləri Yəmən Parlamentində and içərək öz vəzifələrinin icrasına başlayıblar.(eastnews)
 

Google+ WhatsApp ok.ru