Yəmən münaqişəsi ərzində ölən və yaralananların sayı açıqlandı - TƏFƏRRÜAT

Yəmən münaqişəsi ərzində ölən və yaralananların sayı açıqlandı - TƏFƏRRÜAT

Yəməndə sülh danışıqlarının kəsildiyi andan zorakılığın kəskin artdığı qeyd edilir.
 
İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, BMT Ali Komissarlığının İnsan Haqları İdarəsinin (AKİHİ) mətbuat katibi Sessil Puyyi brifinqdə bildirib ki,  Yəməndə təxminən 4 min dinc sakin ölkəyə 1 il yarımdır ki, davam edən təcavüzün qurbanıdır. 
 
"2015-ci ilin mart ayının 26-dan 2016-cı ilin sentyabr ayının 22-nə qədər ümumilikdə 3980 dinc sakin həyatını itirib, 6909 nəfər isə yaralanıb.", - deyə xanım Puyyi bildirib.
 
BMT AKİHİ Yəməndə sülh danışıqlarının kəsildiyi andan zorakılığın kəskin artdığını qeyd edib. Təkcə avqust ayında 180 nəfər ölüb, 268 nəfər isə yaralanıb.
 
"Bu iyul ayındakı göstərici ilə müqayisədə 40 % daha çoxdur. İyul ayında 60 nəfər ölmüş, 123 nəfər isə yaralanmışdı.", - deyə o qeyd edib.
 
Beynəlxalq humanitar hüquqla mühafizə edilmiş vətəndaş obyektlərinə də hücumların sayı artıb. Avqust ayında təhsil və tibb müəssisələri, bazar, dini məkan, hava limanları və yaşayış evlərinə edilmiş 41 hücum qeydə alınıb.
 
Növbəti  hücum əl-Hədid şəhəri ərazisində sentyabr ayının 21-i baş verib. Şəhərin yaşayış kvartalına edilmiş hava zərbəsi nəticəsində 50 dinc sakin həyatını itirib, 24 nəfər isə yaralanıb. AKİHİ-dən qeyd edirlər ki, qurbanların sayı daha çox ola bilər, çünki vəziyyətin dəyərləndirilməsi hələ də davam etməkdədir.
 

Google+ WhatsApp ok.ru