Yəmən ordusu ballistik raket Ərəbistanın hərbi şəhərciyini darmadağın edib

Yəmən ordusu ballistik raket Ərəbistanın hərbi şəhərciyini darmadağın edib

Yəmən ordusu ballistik raketlərindən birini "Qaher-1" raketini Səudiyyə Ərəbistanı rejiminin hərbi şəhərciyi olan Məlik Feysələ atıb. 
 
Maide.Az xəbər verir ki, "Qaher-1" raketi Rusiya istehsalıdır və Yəməndə inkişaf etdirilib. Səudiyyə rejiminin 2015-ci il mart ayından bəri Yəmənə hücumlarından sonra Yəmən ordusu dəfələrlə bu raketlərdən istifadə edib. 
 
Yəmən ordu birliklərindən verilən məlumata görə, şəhərciyə hücum zamanı onlarla Səudiyyə əsgəri öldürülüb. Yaralananlar var. 
 

Google+ WhatsApp ok.ru