Yəmən yeni sınaqla üz-üzə: Vəba xəstəliyi

Yəmən yeni sınaqla üz-üzə: Vəba xəstəliyi

 
Ölkədəki müharibənin davam etməsi yeni yoluxma hallarının yaranmasına səbəb ola bilər.
 
"Islam Today"-ə istinadən xəbər verilir ki, iki ildən çoxdur müharibə və humanitar faciə şəraitində olan Yəmən yeni sınaqla üz-üzədir.
 
Son günlər Yəmən paytaxtı Səna şəhərinin sakinləri arasında 11 vəba xəstəliyinə yoluxma halı qeydə alınıb. Bu haqda Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Ömər Saleh mətbuat konransında bildirib.
 
"17 şübhəli hadisədən 11-i təsdiqlənib. Ən acınacaqlısı isə xəstəliyə yoluxanların hamısının uşaqlar olmasıdır. Səna hüdudunda bu cür hal hələ qeydə alınmayıb.", - deyə Saleh qeyd edib.
 
Mütəxəssisin sözlərinə görə, vəba epidemiyası haqda hələ ki, söhbət getmir. Lakin onun sözlərinə görə, ölkədəki müharibənin davam etməsi yeni yoluxma hallarının yaranmasına səbəb ola bilər.
 
"Yəmənin xəstəxana və müalicə müəssisələrinin yarısından çoxu ya işləmir, ya da ki, məhdud rejimdə işləyir.", - deyə o əlavə edib. (islamazeri.az) /

 

Google+ WhatsApp ok.ru