Yəməndə 72 saatlıq atəşkəs elan olunub

Yəməndə 72 saatlıq atəşkəs elan olunub

BMT nümayəndələri Yəməndə 72 saatlıq  atəşkəs elan ediblər.
 
Maide.Az  Anadolu agentliyinə istinadən xəbər verir ki, qərar  Yəmən vaxtı ilə oktyabrın 19-da saat 23:59-da daha da uzatma imkanı ilə, ilkin olaraq 72 saat müddətinə qüvvəyə minəcək.  Qərar oktyabrın 20-dən qüvvədə olacaq.
 
BMT-dən verilən açıqlamada, BMT Yəmən xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd, bütün tərəflərdən lazımi təminat aldığını və bundan əvvəl əldə olunan müqavilənin şərtlərinə uyğun olaraq qarşıdurmaların dayandırılacağını bildirilib.
 

Google+ WhatsApp ok.ru